Bu gün Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin iclası keçirilib.
Axşam.az-ın məlumatına görə, MŞ sədri Əflatun Amaşov iclası açaraq müzakirəsi təklif olunan məsələlər barədə məlumat verib. Gündəlik İH üzvləri tərəfindən təsdiqlənib.
Əvvəlcə Mətbuat Şurası sıralarına yeni üzvlərin qəbulu olub. «Vergilər», «Çempion», «Hərbi and», «Zirvə yolu», «Yeni təfəkkür» qəzetlərinin, «Sehirli dünya», «Azərbaycanın dünyada səsi» jurnallarının, "5 Media" şirkətinin nəzdində fəaliyyət göstərən Qol.Az və Axşam.az saytlarının MŞ sıralarına qəbulu barədə qərarlar çıxarılıb. Lənkəranın və Bakının Binəqədi rayonunun eyni adlı qəzetləri də Şuranın yeni üzvləri sıralarında yer alıblar.
“Satılan hər 100 uşaq kitabından cəmi 5-i doğma dilimizdədir”
13 nömrəli məktəbdə keçirilən görüş
Yazıçı öz doğma məktəbinə gəldi
Sumqayıt yeniyetmələri ilə “Üç nəsihət” adlı vətənpərvər oxucu-yazıçı görüşü