Yağış pəncərəmi döyür. Yağışın səsi necə də səsinə bənzəyir. Sanki məni səsləyir. Pəncərə önünə gəlirəm. Əlimlə pəncərə arxasındakı damlaları sığallayıram. Əlinin istisini, nəfəsini hiss edirəm. O sənsən. Sən də darıxmısan. Pəncərəyə gəlmisən, pəncərəni döymüsən. O sənsən. Yəqin darıxıb gəlmisən. O sənsən.