Hamı tonqalın başına toplaşıb. Şən, mehriban. Deyirlər, gülürlər. Mən də ordayam. Deyib-gülənlərə qoşulmuram. Çünki yoxam. Görmürəm, eşitmirəm, danışmıram, sevmirəm. Pərvanəyəm. Özümü odda yandırıb ocağın külünə qoşulmuşam. O mənəm. Yanıb, yanıb kül olmuşam.