Ləpələr özünü qayaya çırpır, sanki qaya ilə dalaşırlar. Qayaya şillə çırpır, geri dönür, sonra yenə də qayıdır, sanki qisas alırlar. Baxan kimi tanıdım. Sənsən o, sənsən qayaya dönüb, məni isə suya döndərmisən. Niyə belə elədin? Mən səni sevər ikən niyə daşa, qayaya döndün? Arzularımı öldürdün? Mənisə suya çevirdin?