Rəşadla Lalənin dəniz macərası

Rəşadla Lalənin dəniz macərası

(Hekayə)

 Rəşad və Lalə Bilgəhə gəzməyə getmişdilər. Onlar sıldırım qayanın başında dayanıb dənizə baxırdılar. Suyun üstündə iki qağayı var idi. Onlar çox gözəl idilər. Rəşad dedi:

 - Lalə, elə fikirləş ki, qağayılardan böyüyü mənəm, kiçiyi isə sən.

 Lalə gülüb razılaşdı. Onlar bir xeyli qayanın üstündən şən-şən qanad çalan qağayılara baxdılar.

 Bu vaxt qəfildən suyun altından bir ağ balina çıxdı və kiçik qağayını uddu. Böyük qağayı bir xeyli uçub hər yanda o biri qağayını axtardı. O, hərdən suyun altına baş vurur, amma su onu yenə də suyun üzünə qaldırırdı. Qağayı əldən düşənə qədər dostunu axtardı. Tapa bilmədi. Uçub sahildə dayandı, bikef-bikef qanadlarını salladı.

 Rəşadla Lalə bundan çox kədərləndilər. Rəşad dedi:

 - Mən qağayını xilas etməliyəm.

 Lalə də onun sözünü təsdiqlədi:

 - Məni də özünlə apar, mən də sənə kömək ətmək istəyirəm. Rəşad razılaşdı. Onar əl-ələ tutub sıldırım qayanın başından dənizə hoppandılar. Üzə-üzə axtarıb ağ balinanı tapdılar. Amma sən bir dəhşətə bax. Balina onları görən kimi düz üstlərinə üzdü. Bir göz qırpımında ikisini də uddu. Uşaqlar balinanın qaranlıq qarnında gəzə-gəzə qağayını axtarmağa başladılar. Və tapdılar da. Qağayı bir küncə qısılıb sakitcə dayanmış və qorrxudan əsim-əsim əsirdi. Qağayı gözləri ilə dılar. Gözləriixeyli axtarandan sonra qağayını tapdılar.

 Qağayı hərəkətsiz olsa da sağ idi. Lalə onu qucağına aldı, sinəsinə sıxdı. Onlar gözlədilər ki, balina yuxuya getsin, gizli yol tapıb balinanın qarnından çıxsınlar. Balina isə yatmaq bilmirdi ki, bilmirdi. Uşaqlar çox yorulduqlarından özləri yuxuya getdilər.

 Bir azdan Lalənin anası Aysel xalanın səsi eşidildi:

- Lalə, qalx ayağa, gecdir, bağa gedirik. Dənizə də gedəcəyik. İstəyirsən Rəşada de, o da bizimlə getsin.

 Lalə yuxusunu sona qədər görə bilmədiyinə, yarımçıq oyandığına bikef oldu. Amma dəniz adı eşidəndə sevindi. Rəşada zəng vurub onu da özləri ilə dənizə aparmaq istədiklərini bildirdi.

 Rəşad da sevindi. Hazırlaşıb yola çıxdılar. Yolda Lalə dedi:

 - Yuxuda görmuşəm ki, səni və məni balina udub.

 Maraqlı orası idi ki, Rəşad yuxunun ardını danışdı:

 - Axırda isə biz qağayını xilas etdik, düzdü?

 - Hə, düzdür.., -deyə Lalə məətəl-məəttəl Rəşadın üzünə baxdı.

 Çox qəribə idi. Rəşad da Lalə gördüyü yuxunu görmüşdü. Bir az sevinclə, bir az da təəccüblə soruşdu:

 - Bəs yuxunun axırı necə oldu Rəşad, danış da.., nə olar?

 - İkimiz də eyni yuxunu görmüşük, daha nə danışım?

 Lalə kefsiz dedi:

 - Biz balinanın qarnında yatanda anamın səsinə yuxudan oyandım.

 Rəşad yuxunun ardını belə danışdı:

 - Balinanın qarnında yatanda səndən qabaq oyandım. Balinanın udduğu balıqlar ayaqlarıma dəyirdi, yata bilmirdim. Balinanın hərəkətsizliyindən bildim ki, o yatıb. Səni də oyatdım. Yarım saata qədər yol gedib balinanın ağzına, dişlərinin arasına çatdıq. O, xoruldayanda ağzını açırdı. Fürsət tapan kimi onun ağzından çıxıb sahilə üzdük. Qağayı hələ də ordaydı. Dostu qağayını görəndə qanad çaldı. Biz də sevindik. Bərkdən qəhqəhə çəkib güldük. Elə bu vaxt həyətdəki uşaqların pəncərədən gələn gülüş səslərinə yuxudan oyandım.

 Lalə yüngüllüklə dərindən nəfəs aldı. Yuxuda da olsa qağayını xilas etdiklərinə ürəkdən sevindi.

 Rəşada əlini sıxıb dedi:

 - Sən qəhrəmansan, Rəşad!