Bəxtəvər qarışqa

 

Ay bəxtəvər qarışqa,
Yaşayırsan dolabda, 
Ürəyin istəyəni,
Dolabdaca yeyirsən.

Nə var əlindən alan, 
Nə var səni danlayan,
Kaş olaydım sənin tək, 
Balaca bir qarışqa.
 
Yaşayaydım dolabda,
Gecə konfet  açanda, 
Heç kəs məni görməzdi, 
“Ayıb olsun”, deməzdi.

Özümə yorğan-döşək,
Düzəldərdim pambukdan, 
Balıncım da olardı, 
Yupyumşaq marmelatdan.


Olsaydım bir qarışqa, 
Dərdim olmazdı daha,
Şokolad yeyə yeyə,
Oxuyardım bax belə: 

[Chorus]
Mən sevirəm marmelad, 
Dondurma və şokolad.
Mmdes və jilibom,
Bom, bom, bom- bom,
Bom-bom- bom.

[Chorus]
Yes-yes-yes, ememdes,
Yes-yes-yes,yes, ememdes,
Jilli bom, Jilli bom, 
Jilli bom-bom, jili bom. 

     

                                     Müəllif: Gülzar İbrahimova


 

Laylay ay canım, gözüm

Bax, biz beləyik!

Nə olar, yağsana Qar!

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr


NÖVBƏTİ SƏHİFƏ