Bax, biz beləyik!

                                                                                                 

 (Uşaqlar şeiri əzbərləyir.  Hər səhər  ya bağçada, ya da həyətdə onu əzbər deyə-deyə idman edirlər)
1.    Deyir müəllim:
               Uşaqlar, gəlin, 
-    Gəzməyə gedək, 
 Bağdan tut yeyək!

Biz sevinirik, 
 “Uraaa” deyirik, 
Yol verin bizə, 
Çox tələsirik, 
Bağa gedirik! 

Bax belə!
Bir-iki, 
Üç-dörd!
Bir-iki, 
Üç-dörd!

(Uşaqlar ya yerlərində, ya da dövrə vuraraq addımlayırlar)

2.    Bağçada hər gün
Həyətə çıxıb 
Biz tut yeyirik!
Qolumuz göyə,
Sonra da yerə!

Bax belə!
Bir-iki, 
Üç-dörd!
Bir-iki, 
Üç-dörd!
 (Uşaqlar qollarını yuxarı-aşağı aparır)

3.     Tut düşsə yerə 
Biz götürərik.
Amma yemərik!
Bax biz beləyik!

Bax belə!
Bir-iki, 
Üç-dörd!
Bir-iki, 
Üç-dörd!
 (Uşaqlar yerdən nəsə götürürmüş kimi əllərini ayaqlarına qədər aparır, sonra  düzəlib əlləri belə qoyurlar )
4.    Doyandan sonra, 
Dovşanlar kimi,
Atılıb-düşüb,
Biz rəqs edirik,
Bax, biz beləyik!

Bax belə!
Bir-iki, 
Üç-dörd!
Bir-iki, 
Üç-dörd!
(Uşaqlar əlləri belində oturub dururlar)

5.    Qol-qola girib
Biz fırlanırıq,
Sonra dayanıb, 
Tərs fırlanırıq! 

Bax belə!
Bir-iki, 
Üç-dörd!
Bir-iki, 
Üç-dörd!
(Bir uşaq sağ qolu ilə digərinin sol qoluna girir və 3 dəfə fırlanır, sonra qollarını dəyişirlər. Rus milli rəqsindəki kimi)

6.    Sağlam olmaq istəsək
Gərək biz meyvə yeyək
Gərək idman da edək
Havada çoxlu gəzək!

Bax belə!
Bir-iki, 
Üç-dörd!
Bir-iki, 
Üç-dörd!

 (Uşaqlar yenə ya yerlərində, ya da dövrə vuraraq addımlayırlar)

                                                         Müəllif: Gülzar İbrahimova