Qisasçı şəlalə əfsanəsi

Əfsanələr necə yaranır...                    
  
Söhbət Mamırlı şəlalədən düşdü. Feyz dostlarımdan biri – Əli Yunusov mənə bir neçə Mamırlı şəlalə şəkli göndərib dedi ki, bunlar da işğal altında qalan torpaqlarımızda yerləşir. “Heyf”, deyib, yazdım, yazdım, yaratmaq Tanrıya aiddir kəlməsini unutmadan, kədərli bir əfsanə yaratdım.   Əfsanələr də elə bu cür olmuşlardan və yerinə yetməmiş arzulardan yaranır. Hətta müasir dövrdə olsa da...  

 

 Bir gün ermənilər Laçında yerləşən Mamırlı şəlaləsinə yeyib- 
içməyə gedir. Səhər şəlalənin yanından 24 erməni meyidi tapılır. Qəzetlər ekspertiza rəyinə əsaslanaraq yazırlar ki, ölümün səbəbi şəlalədən içdikləri sudan zəhərlənmə nəticəsində baş verib. Maraqlısı odur ki, tarix boyu həmin sudan neçə kənd 
camaatı içməli su kimi istifadə edib. 
Hadisə yerində təsadüfən sağ qalmış erməni yeniyetmənin dediklərindən: "Onlar o qədər içgili idilər ki, danışıqlarını bilimir, tez-tez dalaşır, söyüş söyürdülər. Ən çox azərbaycanlı uşaqlara verdikləri işgəncələrdən danışırdılar". 
Əfsanələr olmuşlardan yaranır. Deyilənə görə işgəncə verilmiş uşaqlar Mamırlı şəlaləni "Sehrli şəlalə" adlandırarmış, şəlalədə tez-tez çimər, hər dəfə də ətrafını kol-kosdan təmizləyərmişlər. Mamırlı şəlalə də eşitdiklrəindən suyunu zəhərləyib, qisasını alıb. 
Hətta bizim əfsanə kimi inanmadıqlarımız belə, bir gün olur. 
Spitakda baş vermiş zəlzələ şəklində.

 

                  Müəllif: Gülzar İbrahimova