Zəfər günü elimiz, obamız sevindi

 
                                                                                                                                                    44 günlük müharibə yazıçı, publicist, AYB Prezident təqaüdçüsü, 
                                                                                                                                                       Gülzar İbrahimovanın düşüncəsində, arzusunda, yazdıqlarında…
                     

Sentyabrın 27-si 2020-ci il. Səhər saat 10:00. Televiziya ilə Ölkə rəhbərimiz İlham Əliyev Vətən Müharibəsinin başlanmasını elan etdi. 
“Müharibə başlandı”, kəlməsini eşidəndə hamımız sevindik. İnsan övladı bu dəhşətli kəlmələrə sevinməz. Çünki, müharibə fəlakət, dəhşət, qaranlıq, zülmətdir. Tarixdən silinməyən sonsuz əzabdır. Dağıntıdır, əzizlərin ölümüdür... Bir sözlə, minlərlə cavanın ölümüdür müharibə... Həyatın ən əzablı anıdır müharibə. Amma biz Azərbaycanlılar o qədər qonşuluğumuzda yaşayan ermənilərin murdarlığını, xainliyini, satqınlığını, qaniçən vəhşiliyini görmüşük ki, “Müharibə başlandı” əmrinə sevindik. 
Nəhayət ki, gözlədiyimiz an gəlib çatdı. VƏTƏN bizi qisasa səslədi. Biz bu səsi, çağırışı illərlə gözləyirdik. 2020-ci ildə həmin çağırışı eşitdik. Uşaqdan-böyüyə qədər hamımız yaraqlandıq. Əsgəri silahla, bəstəkarı “Vətənin qisasını alaq” çağırışlı mahnısı ilə, kimisi əkdiyi meyvəsini qapısından yığıb cəbhəyə göndərməklə, dərman DEPO-ları cəbhəyə dərman göndərməklə, bir evdar qadın əsgərlərə qutab bişirməklə, nənələrimiz duaları ilə, şagirdlər əsgər məktubları ilə… O qədər bu haqda yazmaq olar, yazmaqla bitməz…
Biz yazıçılar da qələmə sarılmaqla hər kəsi Vətəni müdafiəyə qalxdı. Ürəyimizdən gələni yazıb bir vasitə tapıb paylaşdıq, bir-birimizə ötürdük. Haqq səsimizi dünyaya eşitdirməyə çalışdıq. 
Sentyabrın 27-sinə qədər mən sərhədlərdə, cəbhədə bir canlanma, bir silahlanma  hiss edəndə ürəyimə bir sərinlik gəldi. Bir gün düşməndə qisas alacağımız günü çox gözləmişdim. 
İndi isə müharibənin başlayacağını hiss edib düşmənə nifrət dolu belə bir şeir yazıb sosial səhifələrimdə paylaşdım. Düşmənə nifrətdən yaranmış şeirimə minlərlə insan qoşuldu:
"Eşit, ey murdar düşmən, qisas zamanı çatdı..." 
Belə deyib Azərbaycan xalqı ayağa qalxdı, silaha sarıldı. Düşməndən qisasımızı aldıq! Ürəyimizlə, canımızla, qanımızla torpaqlarımızı azad etdik.  Bir gün sevincimizin üstünə sevinc gəldi: Baş komandanımız, böyük sərkərdəmiz  İlham Əliyev xalqımıza "Qələbə müjdəsi" yetirdi. Həmin günü Dəmir əlləri ilə Azərbaycanın tarixinə Zəfər günü kimi yazdı. Zəfər günü elimiz, obamız sevindi. 

 

           Müəllif: Gülzar İbrahimova