Yaralandı, bir gün Vətən
Namərd düşmən gülləsindən.
Vətənimə dəyən güllə,
Sancıldı düz ürəyimə,
Ürəyim yaman ağrıdı
Vətən dərdi çox ağırdı,
Bir səs gəldi ürəyimdən,
Qurban olum sənə Vətən!
Vətənimi beləcə,
Əzizlədim, oxşadım.
Qan sızan yarasını,
Əllərimlə bağladım.
Keçirdim yuxusuz günlər,
Zəhmətim getmədi hədər...
Bir gün Vətən ayıldı,
Yaraları sağaldı.
Başı üstə görüb məni,
Başımı tumarladı.
“Oğul” - dedi, mənə Vətən,
Ağladım sevincimdən!
Tamam sağaldı Vətən,
Ayağa qalxdı Vətən,
Başından elə vurdu,
Diz üstə çökdü düşmən!
Qalib oldu Azərbaycan,
Zəfər çaldı Azərbaycan!
Həmin gün Dünya danışdı,
Bizim Odlar Yurdumuzdan!
Müəllif: Gülzar İbrahimova