Uşaq qalım həmişə

Buz baxışlar, buz qəlblər, 
Şaxtadan donmuş üzlər...
Belə vaxtlar səninçün, 
İsti nəfəsin üçün,
Sözün-söhbətin üçün,
Çox darıxıram, ana... 

Qayıt, məni soyuqdan,
Şaxtadan, buzdan qurtar,
Əlimdən tut keçmişə,
Uşaqlığıma apar, 
Bir anlığa da olsa,
O qayğısız günləri, 
Mənim özümə qaytar... 

Bir nağıl danış, sonra,
Nağıl çatmasın sona.
Nağıllar qurtaranda 
Göydən düşməsin alma 
Mənə çatmasın alma
Mən qayıdım keçmişə,
Uşaq qalım həmişə...

 

                                     Müəllif: Gülzar İbrahimova