Məstan pişik

Kotlet götürən zaman,
Boşqabdan acgöz Məstan,
Sahibi ona görə,
Məstanl saldı çölə. 

Məstanı sevirdilər,
Çox əzizləyirdilər.
Özləri nə yeyirdi, 
Məstana da verirdi.

İndi isə hirslənib,
Onu evdən qovdular, 
Sonra da arxasınca,
Qapını bağladılar.

Məstan çıxdı bayıra,
Bilmədi getsin hara...
Quyruğunu buladı, 
Yavaşca miyoldadı. 

Ev sahibi eşitdi,
Onu evə gətirdi. 
Oğurluq pisdir, - deyib 
Yaxşı tənbeh elədi.

- Kim oğurluq eləsə,
Sahibinə demədən, 
Nəyi isə götürsə,
Özünü gözdən salar. 

Məstan “myau” elədi,
Yəni, “anladım”, dedi. 
O gündən daha heç vaxt,
Eləmədi oğurluq. 

 

                           Müəllif: Gülzar İbrahimova
 

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ