Nəyə lazımdır yalan?

Nəyə lazımdır yalan?

(Hekayə)

Valideynlə uşaq söhbət edirlər. Valideyn uşaqdan soruşur:

   - Nəyə görə sən həmişə bizə yalan danışırsan?

   - Qorxuram mənim hərəkətimə hirslənəsiniz, məni danlayasınız. 

   - Axı sən yalan danışanda biz daha çox hirslənirik! Adam doğmalarını aldadırsa, onlara qarşı hörmətsizlik edir.          

    -Axı elə şey var ki, onu sizə deyəndə siz məni danlayırsız? 

   - Biz səni ona görə danlayırıq ki, istəyirik sən yaxşı uşaq olasan!

   - Amma mən ondan sonra lap pis oluram.

   - Bəs biz nə edək ki, sən daha səhv etməyəsən?

   - Doğurdan ha…