Fədakarlıq

Fədakarlıq

(Hekayə)

Böyük qardaş Universitetdə oxuyur. Tələbədir. Bildiyi hər şeyi kiçik qardaşına öyrətməyə çalışır. Bir gün onlar çox maraqlı söhbət edirlər. Kiçik qardaş narazı-narazı deyir:

-Biz elə dövrdə yaşayırıq ki, hər iş maraqsızdır. Hamı ancaq pul qazanmağa çalışır. Heç kim böyük işlər görmək istəmir.

Böyük qardaş soruşur:

-Sən böyük iş deyəndə nəyi nəzərdə tutursan?

- Keçmişdə yaşayan insanlar qəhrəmanlıq göstəriblər. Bir-birləri üçün, dostları üçün fədakarlıq ediblər, canlarından keçiblər.

  - Məgər indi elə insanlar yoxdur? Bəs analar öz həyatlarını övladlarına həsr etmirlər? Müəllimlər uşaqları savadlı etmək üçün gecə-gündüz çalışmırlar? Həkimlər yuxusuz qalıb xəstələrin həyatını ölümdən qurtarmılrlar? Məgər bunlar hamısı fədakarlıq deyil?

- Düz deyirsən!