Göydə neçə ulduz var?

Karandaş

Qardaşı Cəmiləyə

Rəngli qələmlər aldı

Qara, yaşıl, qırmızı

Çəhrayı, bir də sarı

Neçə qələm almışdı

Qardaşı Cəmiləyə

Saysan mənə də söylə

 

Oğru dovşan

Bostançıdan xəlvəti

Dovşan bostana girdi

Kələm yığmaq istədi

Gətirdiyi səbətə

O çoxlu kələm dərdi

Sevincək birin yedi

Əlindən düşdü biri

Düz çaya diyirləndi

Üçün qoydu zənbilə

İndi sən söylə mənə

Oğru dovşan bostandan

Neçə kələm dərmişdi?

 

Ad günü

Əslinin ad günündə

Əhməd bağa yollandı

Əslinin yaşı qədər 

Ona çiçək balğadı

Üç qızılgül, dörd lalə

Bir zanbaq, bir bənövşə.

Bir de görüm Əslinin

Yaşı olurdu neçə?

 

Dəcəl cücələr

Yumurtadan bir səhər

Çıxdı qəşəng cücələr

İkisi sarı, ikisi qara

İkisi də ki ala-bula

Bu dəcəl balacalar

Hər yanı dağıtdılar

Ora-bura qaçaraq

Su qabın aşırtdılar

Anaş toyuq onların

İtirdi birdən sayın

Kömək edin siz ona

Cücələrini saysın

 

Gözəl paltarlar

Rəqsə gedir bizim Gülnar

Onun biri-birindən gözəl

Çoxlu rəngli paltarı var

Biri qəhvəyi, biri qara,

Biri də ki, ala-bula

Biri mavi, biri sarı

Neçə oldu donların sayı?

 

Ayaqqabı

Səkkiayaq Qırxayaqla

Getdilər mağazadan

Ayaqqabı almağa

Satıcı seçib onlara

İyirmi dörd cüt rənbərəng

Ayaqqabı gətirdi

Düz etdi, ya səhv etdi

Sayıb mənə də desən

Məni sevindirərsən

 

Dükanda

Bu gün ilk dəfə

Dükana getdim

Böyüklər kimi

Bazarlıq etdim

Üç konfet alıb

Bir də şokolad

Məktəbə getdim

İki konfeti

Orxana verdim

Birini dostum

Tərlana verdim

Özümə bəs nə

Qaldı, deyərsən

Desən bilərəm

Saya bilirsən

 

Rəqs

Rəqsə gedirəm

Rəqs öyrənirəm

Artıq neçə cür

Mən rəqs bilirəm

Yallı və Uzundərə

Vağzalı, Tərəkəmə

Nəlbəki, Naz eləmə

Say, tənbəllik eləmə

Onda bilərsən ki mən

Neçə cür rəqs bilirəm.

 

Yazıq Ayı

Bal yeməkçün boz Ayı

Pətəyə çöp uzatdı

Qəzəblənən Arılar

Boz Ayını sancdılar

İkisi qulaqlarından

İkisi dodaqlarından

Biri gönbul qarnından

İkisi ayaqlarından

De görüm yazıq Ayını

Neçə yerdən Arı sancdı?

 

Alma

Alma yığırdı bağdan

Zəhmətkeş qoca bağban

Bağa gəzməyə gəldik

Ondan meyvə istədik

Bağban on alma dərdi

Uşaqlara payladı

İkisini Nərminə,

İkisini Pərvinə,

İkisini Gülgünə,

İkisini Fəhminə

Deyə bilərsənmi sən?

Neçəsi qaldı mənə?

 

Tort

Sərçənin ad gününə

Bülbül qəşəng tort aldı

Tortu lentlə bağlayıb

Dostuna pay apardı

Dadlı tortdan meşənin

Bütün quşları yedi

Bülbül həm də ki, Sərçə

Sığırçın Ağacdələn

Qaranquş və Bildirçin

Sağsağan və Göyərçin

İndi mənə de görüm

Neçə quş tortdan yedi

Bülbülə «sağ ol» dedi?

 

Gülüş

Gülüş məndən balacadır

Gülüşün üç yaşı vardır

Hamıdan qabaq oyanır

Güzgüdə saçın darayır

Götürür ağır çantamı

Güya məktəbə yollanır

Nə qədər deyirəm ona

Sənin məktəbə getməyə

Gülüş hələ yaşın çatmır

Dəcəl bacım qulaq asmır

özlərindən hey yaş axır

Bəlkə sən deyəsən ona

Gülüş neçə ildən sonra

Birinci sinfə gedəcək

Nəhayət ki, sevinəcək?

 

Balıq

Balıqçı on balıq tutub

Vedrəsinə tulladı

Tülkü xəlvəti gəlib

Dörd balıq oğurladı

De neçə balıq qaldı?

 

Alça

Güllü düşdü həyətə

Əlində səkkiz alça

Üçün verdi Vəliyə

Üçün verdi Telliyə

Qulağıma de görüm

Bəs nə qaldı Güllüyə?

 

Ayı və armud

Ayı ağaca çıxıb

Beş armud birdən yedi

Beşini yemişdi ki,

Qarnı şar kimi şişdi.

Sonra üçün dişləyib

Ağacdan yerə atdı

Dayanmışdım uzaqda

İkisin mənə tulladı

Səncə ayı ağacdan

Neçə armud dərmişdi?

 

Ərik

Əhməd əgər tapa bilsən

Əlimdə nə gizlətmişəm?

Əlimdəki əriklərdən

İkisini sənə verrəm

Birini özüm yeyərəm

İndi mənə deyərsənmi

Neçə ərik var əlimdə?

 

Balaca pişiklər

Sarı pişik balaları

Çardağa çıxmışdılar

Ordaca qalmışdılar

Hay-küy salıb Sarı pişik

Səhərdən miyoldayırdı

İtmişdi gül balaları

Axtarırdı tapmırdı

Tez dırmaşdım çardağa

Balaları tapmağa

Görən kimi onlar məni

Hamısı qaçıb gizləndi

Biri yorğan arasında

Biri qapı arxasında

İkisi deşik qazanda

İkisi köhnə sandıqda

Biri ayaqqabı tayında

Alıb tək-tək qucağıma

Onları yerə düşürtdüm

Süd tapıb qaba töküb

Balalara içirtdim

Say görüm neçə dəfə

Çardağa düşüb çıxdım

Saysan deyərəm ki, sən

Yaxşı hesab bilirsən.

 

Yeni ilin mübarək

Yeni ildə bağçada

Bapbalaca uşaqlar

Böyük yolka qurdular

Yolkanın ətrafında

Hamı çaldı-oynadı

Şaxta baba hamıya

Hədiyyələr payladı

Kukla Verdi Aygünə

Dovşan verdi Nərminə

Yaddan çıxmadı Yalçın

Ona Verdi bir maşın

Sayıb bizə də desən

Hədiyyələrin sayın

Şaxta baba sənə də

Afərin söyləyəcək

Yeni ilin mübarək

A gül bala, deyəcək

 

Üç alma

 

Nağıl qurtaran kimi

Göydən üç alma düşdü

Biri nağıl deyənin

Biri də eşidənin

Neçəsi qaldı yerdə?

Onu da verəm gərək

Düzgün cavab deyənə.

 

Dənizdə

Düşərgənin uşaqları

Çimərliyə getdilər

Dəniz bu gün çox gözəldi

Oynadılar, çimdilər

Dəyişdi hava birdən

Hərə bir yana qaçdı.

Yağış başladı möhkəm

Sudan çıxıb iki bacı

İkisi də qurulandı

Biri islanmasın, deyə

Başına yaylıq bağladı

Bir oğlan çox uzaqdaydı

Çatanadək islandı

Üç qız oturmuşdu qumda

Tez qalxdılar ayağa

Bir oğlan çətir apardı

Avtobusa qoymağa

Tərbiyəçi uşaqların

Bir-bir hamısın saydı

Növbə indi də sənindir

Uşaqların de sayın!

 

Nağıl

Nadir dedi ki, Nənə,

Gəl, nağıl danış mənə

Əvvəl Jırdandan danış

Sonra da ki, Qoğaldan

Ondan sonra Keçidən

Sonra Məlikməmməddən

Məəttəl qalıb nənə

Soruşdu nəvəsindən

Neçə nağıl danışım?

Sən yuxuya gedəsən?

Nadir sayana qədər

Nağılların sayını

Bəlkə sən söyləyəsən?

Sualın cavabını.

 

Qarınqulu Gombul

Gombulun ad günündə

Böyük tort bişirdilər

Yaşının sayı qədər

Üstünə şam düzdülər

Uşaqlar gələnədək

Gombul dözə blmədi

Torta həsrətlə baxdı

Tez şamları gizləyib

Dördün stol altına

Birin həyətə atdı

Biri əlin yandırdı

Üçün cibinə saldı

Girib stol altında

Səssiz tortu aşırdı

Düzgün saysan şamları

Bilərsən ki gömbulun

Qarınqulu-dumbulun

Olurdu neçə yaşı

 

Svetoforda

İlqarla dostu Şahlar

İki mehriban dostlar

Dərsdən qayıdırdılar

Qırmızı işıq yandı

Svetoforda durdular

Maşınları saydılar

İki Mersedes keçdi,

Bir avtobus dayandı

Sərnişinləri düşdü

Bir ciquli ötüşdü

Svetofor işə düşdü

Tez mənə söylə görüm

İlqarla dostu Şahlar

Neçə maşın saydılar?