"Bala Dili" uşaqlarla görüş keçirdi

"Bala Dili" uşaqlarla görüş keçirdi

"Bala Dili" "Avropa" liseyində oxuyan balaları başına yığıb, Yeni Günəşli qəsəbəsindəki 2 saylı uşaq evinə yollanıb. Görüş elə maraqlı keçdi ki… Uşaqlar əvvəlcə süfrə açıb bir yerdə nahar elədilər. Sonra isə bir şənlik başladı ki, səsi-sorağı aləmə yayıldı. Mahnı oxudular, rəqs elədilər, şeir dedilər, lətifə danışdılar, sevindilər, güldülər.

 

Tədbirin həm rəsmi, həm də bədii hissəsini elə uşaqlar özləri təşkil eləmişdilər. Ən əvvəl liseyin uşaqları rəqsdə, mahnıda öz məharətlərini göstərdilər. Bədii hissə Nəzrinin məharətlə ifa elədiyi qaval rəqsi ilə başladı. Ümid adlı oğlan vətənpərvər ruhda "Bayraq" şerini dedi. Zaldakı alqışlar onun dediyi şerə yaxşı qiymət verdi 

Bədii gimnastikanın Azərbaycan üzrə çempionu Mehparənin çıxışı hamını heyran elədi. Çıxışlara məharətlə tamaşa edəndən sonra bu dəfə "ev sahibləri" öz məharətlərini göstərdilər. Əvvəl bir dəstə yeniyetmə qız və oğlan "yarışma" tipli rəqs elədilər. Sonra milli muğam və mahnılara yer verildi. Aparatların xarab olması görüşün şənliyini azalda bilmədi. Musiqi müşayəti olmadan, səsgücləndirici mikrofonsuz uşaq evinin istedadlı sakini Sonqulu muğamatı və mahnısı ilə oturanları heyran elədi. Liseyin uşaqları çıxış edib təzə dostlarına ürək sözlərini dedilər.

Onlar ən əvvəl uşaqları Bayraq günü, həm də qarşıdan gələn Qurban bayramı münasibətilə təbrik etdilər.

Arzularını isə bu sözlərlə bildirdilər: "Qoy, dünya balaları müharibədən uzaq olsun! Qoy, həmişə sülh əmin-amanlıq olsun!".

Liseyin uşaqları noyabrın 13 -də onlar növbəti tədbirləri təşkil ediblər. Tədbir yüksək səviyyədə keçən əyləcəli tədbir keçiriblər. Müsabiqə isə uşaqlarda daha çox maraq oyatdı. Amma liseyin uşaqları qalib olanlara da hədiyyə verirdilər, olmayanlara da… Bəlkə də onlar düz edirdilər. Təki balalarımız həyatda qalib olsunlar!

"Bala Dili" jurnalanın şef redaktoru, yazıçı Gülzar İbrahimova uşaqlara öz nağıl kitablarını, "Elli" və "Bala Dili" jurnallarını hədiyyə etdi. Maraqlı, yadda qalan bir gün yaşandı, həm Avropa liseyinin, həm də 2 saylı uşaq evinin balaları üçün. Ailədə və uşaq evlərində böyüyən uşaqlar arasında belə görüşlərin keçirilməsi, dostluq təməlinin qoyulması əlbəttə ki, vacibdir.

 

İnformasiya anspress.com saytından götürülmüşdür.