Qorxuram

Qorxuram

Əllərin əlimdə, gözlərin gözümdə. Sənə baxdıqca, sevincimdən uçuram. Qanadım olmasa da, elə bil, göylərdəyəm.

Üzbəüz dayanmışıq - nəfəs-nəfəsə, göz-gözə. Nəfəsindən nəfəs alıram. Gözlərindən sevgi axıb ürəyimdən keçir, qanıma girir. Nəfəsin ciyərlərimə gedir, xoş istisi ilə içimi yandırır. 

Sevirəm səni, lap çox sevirəm. Çox sevdikcə də qorxuram. Səni itirməkdən qorxuram. Sənsiz qalmaqdan, sənsiz yaşamaqdan qorxuram. Həmişəlik sənsiz qalacağımdan qorxuram.

Bu qorxu məni titrədir, əsim-əsim əsdirir. Xoşbəxtliyimi əlimdən alır. Məni daim vahimədə saxlayır. Səni çox sevməkdən də qorxuram. Səni itirməkdən qorxduğum kimi. Qorxum məni xoşbəxt olmağa qoymur.