Quba rayonu 1-ci Nügədi kənd məktəbinin
şagirdi Eldarın başına gəlmiş hadisə
(5 s sinfi 1965-ci il)
Tarzan-tarzan oyunu
(Hekayə)
1-ci Nügədi kənd məktəbinin 5-ci sinfində oxuyurdum. Axşam Tarzan kinosuna baxmışdıq. Hamı vəhşiləşmiş, Tarzana dönmüşdü. Dırmaşmağa ağac, Tarzan kimi səs çıxarmağa meşə axtarırdıq. Sinifdə hamımız söz bir elədik ki, səhərisi gün gedək meşəyə, tarzan-tarzan oynayaq, həm də kim istəsə siqaret çəksin. Hamı razılaşdı.
Danışdığımız kimi dərsdən sonra gəldik meşəyə. Bütün uşaqlardan fərqli olaraq lap hündür bir ağac tapdım. Dırmaşdım düz onun kəlləsinə. Elə təzəcə ağacın başına çatmışdım ki, oradan gurulu-guppaz dəydim yerə.
Bir də ayıldım ki, bütün qohum əqrəba başımın üstündə ağlaşır. Sinfimizin uşaqları da burada idilər. Küncdə boynunu bükmüş mənim ən yaxın dostlarım İntiqam, Sədaqət, Sərdar o qədər ağlamışdılar ki, gözləri şişmişdi.
Bizim tarzan-tarzan oyunu belə başa çatdı