Qurban olum hökumətimə!

(satira)

Qarantin olan gündən, birdəfəlik susub arvad,
Daha əvvəlki kimi qışqırıb, qoparmır fəryad.
Nə demir, başın batsın, dur ayağa, bəsdir yatdın,
Nə demir,  get pul qazan, bəsdir, axırıma çatdın!

Bu günə min şükür, gecəm-günüm olmuşdu bərbad, 
Səhər axşam deyinir, hey deyinirdi bizim arvad.
Qoymurdu doyunca yatam, yuxuma qatırdı haram,
Nə yaxşı dedilər, “Evdə qal” indi rahat yatıram!

Bir söz deyən kimi çatılırdı o saat çatma qaşı, 
Üstümə gəlirdi birdən pəzəvəng beş qardaşı.
İndi çox rahatəm, heç dəyən də yoxdur xətrimə, 
“Evdə qal” deyən yerdə qurban olum hökumətimə! 

 

                                                                            Müəllif: Gülzar İbrahimova