Hansı peşəni seçim?

Hansı peşəni seçim?

Gərək mən qərar verim

Özümə peşə seçim.

Hansı sənət yaxşıdır

Hansı peşəni seçim?

 

Bəlkə mən rəssam olum,

Yaxşı rəsmlər çəkim?

Bəlkə mühəndis olum

Hündür binalar tikim?  

 

Bəlkə olum bir həkim

Xəstələnərsə hər kim,

Ona dərman yazaram

Tez onu sağaldaram!

 

Olacağam diş həkimi

Dişi ağrısa hər kimin

Müalicə edəcəyəm

Uşaqlara deyəcəyəm:

 

 «Uşaqlar, səhər-axşam

Dişlərinizi yuyun,

Onları təmiz saxlayıb

Mikroblardan qoruyun!» 

 

Mən bir tibb işçisi olsam,

Xəstələri sağaldaram.

Dərmanın acılığını,

Xoş sözlə unutduraram!

 

İndi mən cox oxusam

Böyüyüb alım olsam,

Mənə hörmət edərlər

"Alım əmi" deyərlər!

 

Yaxşı peşədir dərzilik,

İstəyirsən lap palto tik!

Hamı sənə «usta» deyir,

Sənə paltar tikdirir.

 

Dülgər olsam öyünərəm,

Sənətimlə fəxr edərəm

Taxtadan gözəl əşyalar

Hətta mebel düzəldərəm!

 

Poctalyon işləsəm mən

Hamını sevindirərəm,

Hər evə qəzet, məktub

Teleqram gətirərəm!

 

Olsam yanğınsöndürən

Peşəmlə öyünərəm,

Harda yanğın baş versə

Tez qaçıb söndürərəm!

 

Müəllim olsam əgər

Sevər məni şagirdlər,

Onlara bilik verərəm

Sənətimi cox sevərəm!

 

Aşpaz olmaq istəsən

Bu sənəti sevməlisən.

Dadlı yeməklər bişirib,

Süfrələrə verməlisən!

 

 

Paçtalyon işləsəm mən

Hamını sevindirərəm,

Hər evə qəzet, məktub 

Teleqram gətirərəm.

 

Dülgər olsam öyünərəm

Sənətimlə fəxr edərəm

Taxtadan gözəl əşyalar,

Hətta mebel düzəldərəm!

 

Mən kapitan olacağam

Tufandan qorxmayacağam,

Gəmim ilə uzaqlara,

Səfərə yollanacağam!

 

Dərslərimi oxuyaram,

    Böyüyüb pilot olaram.        

Özüm təyyarə sürərəm,

Göydən sizə əl edərəm!

 

Mən kosmanavt olacağam,

Düz kosmosa uçacağam!

Həm dərslərdən əlaçıyam

Həm də yaxşı idmançıyam!

 

Mən bir tibb işçisi olsam,

İşimdə ciddi olaram,

Dərmanım acı olsa da,

Xəstələri sağaldaram!