Şirin nənəm, əziz nənəm, can nənəm

 

Mənim çox sevimli, mehriban nənəm,
Heç bilirsən səni necə sevirəm...
Sən ürəyimsən, sən mənim canımsan, 
Ən əziz dostumsan, ən yaxınımsan...

İstəyirəm bizə tez-tez gələsən,
Çox sevinirəm, hər gələndə sən,  
Hər sözümü sənə deyə bilirəm, 
Sənlə sevinirəm, sənlə gülürəm.

Sən gələndə sanki qanad açıram, 
Sevindiyimdən az qala uçuram,
Sənin isti qucağına qaçıram,
Şirin nənəm, əziz nənəm, can nənəm...

 

                                                     Müəllif: Gülzar İbrahimova

Laylay ay canım, gözüm

Bəxtəvər qarışqa

Dünyanın bir arzusu var

Toppulu-topuş küftələr

“Oğul”, - dedi mənə Vətən


NÖVBƏTİ SƏHİFƏ