Oğlanlar və qızlar

Oğlanlar və qızlar

(Hekayə)

Kiçik bacı: Oğlanlar mənim heç xoşuma gəlmir. Onlar çox kobud olurlar.

Böyük bacı: Təbiətcə oğlanlar güclü, qızlar isə incə yaranırlar. Amma bəzi oğlanlar elə başa düşürlər ki, güclü olmaqlarını onlar kobudluqları ilə göstərə bilərlər.

Kiçik bacı: Mənim dostluq etdiyim oğlan da çox kobuddur. Heç bilmirəm onunla dostluğu davam etdirim, yoxsa…

Böyük bacı: Dostluq etdiyin oğlan çox  kobuddursa sən onun səhvini özünə başa sal. Birinci dəfə başa düşmək istəməsə də, ikinci dəfə sən ona irad tutanda mütləq başa düşəcək. Çalış ki, onun kobudluğuna kobudluqla cavab verməyəsən. Bu oğlanları daha da kobud edir.