Qorxmaz Oğlan
Biri vardı, biri yoxdu, Qorxmaz adlı bir oğlan vardı. Adı Qorxmaz olsa da çox qorxaq idi. Bir gün Qorxmaz həyətdə gəzirdi. Birdən bir xoruz ağacdan yerə hoppandı. Qorxmaz qorxudan qışqırıb yerindən dik hoppandı. Tərslikdən bunu qonşu uşaqlar gördülər. Qorxmazın qorxaqlığına o qədər güldülər ki… Qorxmaz çox pərt oldu. Qaçdı babasının yanına, ondan soruşdu: "Baba, mən istəyirəm heç nədən qorxmayım və hamıdan güjlü olum. Bunun üçün nə etməliyəm?". Baba javab verdi: "Zəhmət çəkib, iş görsən, meşədən odun gətirsən, quyudan su çəksən, bağça belləsən, bir də görəjəksən hamıdan güjlüsən!". Qorxmaz babası ilə razılaşmadı: "Yox, iş görməklə hamıdan güjlü olmaq olmaz! Özümə elə dost tapmalıyam ki, hamıdan güjlü olsun, məni hər yerdə müdafiə eləsin! Hamı ondan qorxsun! Mən isə heç nədən qorxmayım!".
Baba güldü, "Belə olmur," - söylədi. Qorxmaz babasından küsdü. Elə bildi, babası ona düzgün yol göstərmək istəmir. Yola düzəlib özünə dost axtarmağa getdi. Az getdi, düz getdi, dərə, təpə düz getdi, gedib Buzlar ölkəsinə çıxıb, böyük bir buz qayaya rast gəldi. Ona dedi: "Ey dünyanın ən güjlüsü, Buz! Salam!". Buz bunu eşidib güldü:
"Salam! Amma adımı düz demədin. Buz olmağına buzam, amma dünyanın ən güjlüsü deyiləm! Dünyanın ən güclüsü Günəşdir. O istədiyi vaxt məni əridir. Dünyanın güclüsünü axtarırsansa, onun yanına get!". Qorxmaz üzünü Günəşə tutub dedi:
"Ey dünyanın ən güclüsü, Günəş! Gəl səninlə dost olaq!". Günəş gülüb dedi:
"Mən bütün uşaqların dostuyam! Amma hamıdan güclü deyiləm. Hamıdan güclü olsaydım, qara buludlar qarşımı kəsə bilməzdilər". Qorxmaz qara buludlarla dost olmaq üçün onları axtarıb tapdı. İstəyini onlara bildirəndə qara buludlar ona dedilər: "Dünyanın ən güclüsü olsaydıq, həmişəlik göydə qalardıq və torpaq bizimlə özünü suvarmazdı.” Torpaq bunu eşidəndə dedi:
"Mən dünyanın güclüsü olsaydım, insan məni tapdamazdı. İstədiyi vaxt xışla xış-xış xışlamazdı. Elə insanın özüdür dünyanın ən güclüsü!". Qorxmaz səhvini başa düşdü. Babasının yanına qayıdıb onunla barışdı. Babasının nəsihətinə qulaq asdı, onun dediklərini bir müddət edəndən sonra baxdı ki, doğrudan da gün-gündən güvvətlənir. Daha heç vaxt, heç nədən qorxmadı.