Şokolad Ev
Biri vardı, biri yoxdu, Əziz və Nərgiz adında qardaş-bacı vardı. Goilərin birində onlar meşəyə moruq yığmağa getdilər. Ha axtardılar, moruq taia bilmədilər.
Bu azmış kimi geri qayıdanda gəldikləri yolu da itirdilər. Yolu axtara-axtara gedirdilər ki, qabaqlarına bir ev çıxdı. Bu ev çox maraqlı bir ev idi, özü də
şokoladdan hazırlanmışdı. Uşaqlar acından ölürdülər, buna görə də başladılar bir yandan şokoladı yeməyə. Dirəyin bir tərəfini necə yedilərsə, evin bir yanı az qalır çöksün. Elə bu vaxt evdən kiminsə bağırtısı gəldi:
- Ey, kimdir orda mənim evimi uçuran? Gəlirəm ha... Bu dəqiqə sizin dərsinizi verərəm. Qorxudan əsməyə başladılar. Evdən qorxulu bir Aeunın çıxdığını
görəndə isə qaçmağa başladılar. Nəfəs dərmədən, dincəlmədən qaçdılar. Ayı da onların arxasınca. Uşaqların nəfəsi kəsilirdi, yorulmuşdular. Bir fındıq ağacına çatanda Nərgiz dedi:
- Ay fındıq, dadlı fındıq, yağlı fındıq, nə olar bizi gizlət. Qorxunc Ayı bizi qovur. Fındıq yarpaqlarını geniş açdı. Uşaqları qoynunda gizlətdi:
- Gəlin, balalar! Heç qoyaram sizi kimsə incitsin?! O ki qaldı kobud ayı ola! Ac keçmişdi ki, Ayı fındıq ağacına çatıb təngnəfəs soruşdu:
- Burdan iki oğru uşaq keçdi, görmədin?
- Yox, görmədim! Onlar nə oğurlayıblar ki?
- Məndən icazə almadan, şokolad evimdən bir parça oğurlayıb yeyiblər.
- Vay-vay... yox, ən uşaq-zad görməmişəm.
Ayı çıxıb gedəndəndən sonra uşaqlar gizləndikləri yerdən çıxdılar.
Fındıq ağacı onlardan soruşdu:
- Məgər siz oğurluq eləmisiz?
Uşaqlar başlarına gələni danışanda Fındıq ağacı narazılıqla dilləndi:
- Siz düz eləməmisiniz, gərək ev sahibindən icazə alaydınız!
Uşaqlar başlarını aşağı salıb dedilər:
- Düzdür, Fındıq xala, biz səhv eləmişik.
Fındıq xala gördü ki, uşaqlar səhvlərini başa düşüblər, onları bağışladı. Sonra budaqlarından fuiaua qoparıb uşaqlara verdi. Onları yola saldı. Uşaqlar bir az gedəndən sonra baxdılar ki, ayı yenə gəlir. Başladılar qaçmağa. Yorulub əldən düşənə qədər qaçdılar. Qabaqlarına bir tülkü çıxdı.
- Ay Tülkü lələ, nə olar, bizi Aeudan gizlət.
Tülkü dedi:
- Qorxmayın, balalar, heç qoyaram ayı sizi yesin. Tez girin
yuvama!
Uşaqlar təzəcə tülkünün yuvasına girmişdilər, Ayı özünü yetirdi:
- Ay tülkü, iki uşaq görməmisən?
- Yox, mən uşaq-zad görməmişəm.
Tülkü belə deyib yuvasına girdi və qapını möhkəm bağladı. Uşaqlar əmin olanda ki Ayı çıxıb getdi, yuvadan çıxıb yollarına davam elədilər. Çətinliklə
evlərinin yolunu tapdılar. Çayı keçməyə körpü axtaranda Ayının yaxınlaşdığını gördülər. Uçaqların qaçmağa yolları qalmamışdı. Bir də baxdılar, çayda iki
ördək üzür. Dedilər:
- Ördəklər, a ördəklər, bizi Ayının əlindən xilas edin. Ördəklər uşaqlara tərəf üzdülər. Hydyne bir ördəyin belinə hoppandı. Ördəklər uşaqları xilas elədilər.
Yolun o tərəfinə çatanda Əziz dedi:
- Ayı, ay Ayı, sən bizə hirslənmə. Bağışla bizi, səhv eləmişik. Gərək səndən icazəsiz şokoladı yeməyəydik!
Nərgiz də qardaşının dediyini təsdiq elədi:
- Ayı, ay Ayı, qardaşım düz deyir, bağışla bizi, özün də hirslənmə!
Ayının hirsi soyudu. Başa düşdü ki, uşaqlar pis uşaq deyilər. Sadəcə, səhv eləyiblər. Əsas odur ki, səhvlərini başa düşüblər. Dedi:
- Yaxşı ki, səhvinizi başa düşdünüz. Yoxsa elə bilərdim pis uşaqlarsınız. Meşəyə gələndə bizə də gəlin. Sizə ləzzətli şokolad verərəm.
Uşaqlar Ayıya əl eləyib birağızdan dedilər:
- Sağ ol, Ayı! Sən çox yaxşı Ayısan!