Hiyləgər tülkü

Hiyləgər tülkü

 

Sıx meşənin çox dar bir cığırında

Rast gəldi ac tülkü qorxaq dovşana

Şikarını heç kəs almasın , deyə

Aparmaq istədi öz yuvasına

Girib tülkülüyün əsil donuna

O belə söylədi avam dovşana:

-Deyəsən sənin də bir kimsən yoxdur

Yazığın birisən, dərd sərin çoxdur

Ürəyim partlayır mənim az qala

Mən özüm möhtacam doğma bacıya

Nə olar allahdan bir bacım ola

Dərdimi deyəndə məni anlaya

Tülkü bunu deyib çoxlu ağladı

«Tənha canım» –deyə o zırıldadı

Dovşan da inanıb tülkü felinə

Aldandı tülkününü yağlı dilinə

Tülkü ilə dovşan dost oldu belə

Belə dostluq heç bir vaxt düşməz ələ.

Dostlar sevinərək tutub əl-ələ

Getdilər meşəni,çölü gəzməyə

Çatdılar bir gözəl, səfalı gölə

Birdən tülkü təzə balıq istədi

Çağırdı, köməyə hiyləsi gəldi

Tülkü dedi: İndi ki, biz doğmayıq

Bundan belə biz hər şeyə ortağıq.

Bacı gərək qardaşla malın bölə,

Mən səndən böyüyəm, qulaq as sözə!

Mənim uşaqlıqdan baş ağrım vardır,

Hələ qulağımın biri də kardır,

Balaca olanda sudan qorxmuşdum,

Mən onda az qala lap boğulmuşdum

İndi gərək sən girəsən bu gölə,

Sən balıq tut, mən də salım vedrəyə.

Göl balığı dadlı olur yeməyə

Dəyişmərəm mən balığı heç nəyə.

Səfeh dovşan tez hər şeyə inanırdı,

O tülkünü əsl bir dost sanırdı.

Bütün günü qalıb o soyuq göldə,

Balıq ovlayaraq verdi tülküyə.

Tülkü isə kölgədə oturaraq,

Dovşan tutan balıqları yeyirdi

Ürəyində «axmaq dovşan» deyirdi

Axır ki, dovşanın heyi qalmadı

Sudan çıxdı, amma çox soyuqladı

Titrəyib soyuqdan o əsə-əsə

Vedrəni boş gördü, qanmadı nəsə

Bir də baxdı, gözünə inanmadı

Yatmış tülkü oyandı birdən səsə

Gördü yanındakı islaq dovşandı

Büzüşərək o bir balıq istəyir

Utanaraq «yaman acmışam», deyir.

Tülkü onu «görməmiş» adlandırdı

Dedi yaş dovşana: -Bəsdi, ayıbdı,

Biz bu gün nə tapdıq, onu da yesək

Bəs bunun qışı var, sonra neylərik?

Həmin balıqları mən duzlamışam

Və basdırıb mən qışa saxlamışam.

İndi biz az yesək, qənaət etsək

Qışda bol-bol yeyib, kef çəkəcəyik

O danışır, dovşanı aldadırdı

Dovşan da çox diqqətlə qulaq asırdı

Tülkü səsin get-gedə qaldırırdı

Qarnı isə yeməkdən partlayırdı

Onlar qayıtdılar yuvalarına

Dovşan ac qarına uzandı, qaldı

Tülkü acgözlüklə dovşana baxıb

Fikirləşdi-«kaş dovşan sağalaydı ,

Sabahkı naharda mənim olaydı»

Dovşan suda lap çox qalmışdı deyə

Ona görə yaman azarlamışdı

Sübhədək o yazıq gözün yummadı

Səhəri də yatağından qalxmadı

Bütün günü ağrıyaraq, zarıdı

Ac-susuz uzanıb yerində qaldı

-«Qardaş», deyə o dostunu çağırdı

Tülkü ona tərəf heç boylanmadı

Durdu səhər tezdən çıxdı aradan

Həmin gün o keyfindən də qalmadı

Göldə çimib, uzanaraq qaraldı

Birdən hiss etdi ki, yaman acıyıb

Dovşan ətindən yemək arzuladı.

Yazıq dovşan uzanıb zarıyırdı

Harayına bir kimsə də çatmırdı

Bu vaxtı bir ilan keçirdi ordan

Diksindi dovşanın ahu-zarından

Yaxınlaşdı onu udmaq istədi

Sonra da udqundu, fikrin dəyişdi

Qoy sağaldım, sonra mən onu yeyim.

Yediyimin qoy bir dadını bilim

İlan zəhərinin gücün bilirdi

Bütün ağrılara o dərman idi

Güclü zəhər çox tez təsir edirdi

Zəhər sürtdü o dovşanın üstünə

Bir azca gözlədi sağalsın –deyə

Dovşan isə qızdırmadan yanırdı

Halsızlıqdan gözünü də açmırdı

Çox keçmədi tülkü acıb qayıtdı

İlan onu görüb aradan çıxdı

Tülkü çatan kimi dostun aradı

Dovşanı görən tək ağzı sulandı

Şikarını o ləzzətlə yaladı

Naharına başlamamışdan əvvəl

Fikrini söylədi dovşana belə

Düzdü, bacı mənə, etibarlısan

Amma gəl incimə sən çox dadlısan

Dovşan eşidəndə bu kəlmələri

Anlamadı onun dediklərini

Gözlərini döydü heç-nə qanmadı

Tülkü isə naharına başladı

Həmin anda birdən qurudu qaldı

Tülkü yalayarkən öz şikarını

Zəhərlədi bilməyərək qanını

Dovşanın üstünə sürtülən zəhər

Yavaş-yavaş öz işini görmüşdü

Tülkünün canın zəhər bürümüşdü

Elə bil ki, tülkü çoxdan ölmüşdü

Amma dovşan yenə heç nə qanmadı

Avamlıqdan düşmənin tanımadı

Saçın yolub «qardaş» deyə ağladı

Tülküyə yas tutub, matəm saxladı

Başına da qara yaylıq bağladı

Hər iki dost beləliklə ayrıldı

Kim nəyə layiqsə payını aldı

Dovşan xeyir tapdı təmizliyindən

Tülkü də məhv oldu tülkülüyündən

Hər kimsə dostuna xəyanət etsə

Şeytanlar fırlanar əhatəsində

Həmin kəsin bundan başı fırlanar

Özü də bilmədən yerə çırpılar

Dosta sadiq olan daim ucalar

O öz şöhrətiylə göylərə qalxar