Müqəddəs yer

Müqəddəs yer 

«Gözlə məni, mütləq gələcəyəm», demişdin. Mən də gözlədim. Bir saat yox, iki saat yox, bir il gözlədim. Gəlmədin. Dalğalar şillə kimi üzümə çırpıldı: «Aldadır, inanma, gözləmə, get», dedilər, getmədim. Külək saçlarımı yoldu: «Sevmir, bəsdir, gözləmə», dedi. İnanmadım. Yağış məni islatdı, getmədim, qar başımı ağartdı, getmədim.. Gözlədim. Axır ki, gəldin...    

Amma tək gəlmədin. Gərək tək gələydin. Axı səni çox gözləmişdim.

Keçmə, keçmə səni gözlədiyim yerdən, keçmə yanımdan, keçmə səni illərlə gözlədiyim yerdən! O yer müqəddəsdir. Məhəbbətim çilik-çilik həmin yerə səpilib. Mənimdi o müqəddəs yer. Səni ora buraxa bilmərəm.

 

Bu şeir toyu təzəcə olmuş

bal ayı hələ bitməmiş,

günahsız 30 aprel qurbanı, təzə

gəlinin əziz xatirəsinə ithaf olunur.