Sən və mən

Sən və mən

 Üzünü mənə çevir, üzünə yadlar baxar. Gözünü-gözümə dik, gözlərimdən yaş axar. Əllərimdən bərkdən tut, əlim-əlindən çıxar. Çiynimdən möhkəm yapış, şaxta məni dondurar. 

Bərkdən “Sevirəm!” demə, külək onu aparar, bizi-bizdən ayırar. Göz vurar bizə yadlar. Pıçılda qulağıma, tək mən eşidim, tək mən duyum. Bir sən bil, bir mən. Qurduğumuz dünyaya kimsəni buraxma. Bir sən ol, bir mən olum. Adəm və Həvva kimi.